Daha 131 azərbaycanlı Rusiyadan təxliyə olunub

“Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib.

“İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, – deyə Elnur Hüseynov bildirib.

O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşıq pulu borcunu istəyən “Azərişıq”ın 3 əməkdaşı güllələndi –

Sonrakı məqalə

Koronavirus gözə necə təsir edir?