Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb –

YAŞAT-dan həftəlik hesabat
03 May 2021 - 17:05

Aprel ayının 26-dan 2 may tarixlərinədək 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən bu tarix ərzində 68 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə, 5 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 20 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 40 şəxsin tibb xərclərinin ödənilməsi və 6 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.