Daha bir icra başçısının müavini koronavirusa yoluxdu

Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və əməkdaşlarından yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar götürülən test analizlərinin nəticələri məlum olub.

Bunu “Report”a Goranboy Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi İftixar Zeynalov deyib. 

Onun sözlərinə görə, Goranboy RİH başçısının birinci müavini Ceyhun Həsənovun testin nəticələri pozitiv çıxıb. Bu səbəbdən, o, ev şəraitində karantinə alınıb: “Hazırda C.Həsənovun evdə müalicəsi davam etdirilir”.

Bildirilib ki, Goranboy RİH-in başçısı və digər əməkdaşlarının koronavirus testinin nəticələri isə neqativ olub.

Qeyd edək ki, daha əvvəl Samux RİH başçısının müavini Qəzənfər Əliyev koronavirusa yoluxmuşdu. Q.Əliyev iyunun 20-də müalicə edildiyi Goranboy RMX-da dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bir qrup deputatın koronavirus testinin nəticəsi məlum oldu

Sonrakı məqalə

“Bakıdan rayona getmək istəyən 197 avtomobil geri qaytarılıb” –