Moldova Rusiyadan “Zolotaya Korona” ödəniş sistemi ilə pul köçürmələrinin qəbulunu dayandırıb.
Azpost.info xəbər verir ki, ölkə bankları qeyri-müəyyən müddətə bu cür xidmətlərin dayandırıldığını elan edib.
“Eurocreditbank” pul köçürmələrinin lazımi əməliyyat tənzimləmələri səbəbindən dayandırıldığına deyərək kredit təşkilatının köçürmələrin bərpası üçün bütün səyləri göstərdiyini bildirib.
Əvvəllər “Zolotaya Korona” vasitəsilə köçürmələri “Moldindconbank”, “Comertbank”, “Fincombank”, “Eurocreditbank” və “Energbank”ın filiallarında qəbul etmək mümkün idi.
“Zolotaya Korona” ödəniş sistemi iki ölkə arasında pul köçürməsinə imkan verən sonuncu xidmət olub. “Unistream” vasitəsilə köçürmələr Moldovada 2023-cü ilin yayında və “Kontakt” vasitəsilə köçürmələr isə bu ilin fevralında fəaliyyətini dayandırıb.
Avqustun 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın üç maliyyə şirkətinə – Atol, Diasoft və Maliyyə Texnologiyaları Mərkəzinə qarşı sanksiyalar tətbiq edib.
Azpost.info