Dariqa Nazarbayeva Prezidentin çıxış etdiyi parlament iclasına gəlməyib

12 Yanvar 2022 - 10:25

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva parlamentin iclasında iştirak etməyib. 

Azpost.info bildirir ki, 11 yanvarda keçirilmiş iclasda prezident Tokayev ölkənin yeni baş nazirini təqdim edib və idarətemətdə islahatların əsas hədəflərini açıqlayıb.

Deputat Dariqa Nazarbayeva ölkədə baş vermiş hadislərlə bağlı keçirilən son 2 iclasa qatılmayıb.

Parlamentin mətbuat xidmətindən “Sputnik”ə verilən məlumatda deyilib ki, D.Nazarbayeva üzürlü səbəbdən iclaslarda iştirak etmir. “O xəstə olduğu üçün iclasa qatılmayıb. Digər deputatlar kimi xəstəlik vərəqəsi götürüb”.

Etiraz aksiyalarının keçirildiyi günlərdə Nazarbayev ailəsinin ölkəni tərk etməsi barədə xəbər yayılsa da sonradan Elbasının mətbuat xidməti bunu təkzib edib.

Dariqa Nazarbayeva parlamentin iqtisadi islahatlar və regional inkişaf komtəsinin üzvüdür.