Distant iş rejimi ilə bağlı qanuna dəyişikliklər edilir –Evdən, oteldən, çayxanadan işləmək qanuni olacaq

Azərbaycanda distant iş rejiminin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək.

Azpost.info bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) üzvləri ilə görüşündə nazir Sahil Babayev bildirib.

Görüşdə Palatanın qanunverciliyə əmək funksiyalarının evdən yerinə yetirilməsi və distant iş ilə bağlı dəyişiklik və belə iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təkliflər qaldırılıb.

Nazir bu təkliflə bağlı bildirib ki, Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsində “distant (məsafədən) iş”, əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub.

Həmçinin əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır. Eləcə də distant iş ilə bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin formalaşdırılması, işçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi və s. ilə bağlı Palatanın təkliflərinə dair müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dariqa Nazarbayeva Prezidentin çıxış etdiyi parlament iclasına gəlməyib

Sonrakı məqalə

Lənkəranda 12 narkotik alverçisi həbs olunub –