Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

Nazirlikdən daxil olan müraciətdə qeyd olunur ki, bayramı yüksək əhval-ruhiyyədə keçirmək üçün ölkəmizdə hər cür şərait yaradılıb: “Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız yaradılmış bu əlverişli şəraitdən səmərəli istifadə etmək əvəzinə, bayram ərəfəsində öz maliyyə itkilərini düşünmədən, satışı qanunla qadağan edilmiş, yüksək səsyayıcı qabiliyyətinə malik bahalı pirotexniki vasitələrdən istifadə edərək ətrafdakı insanların rahatlığını və dincliyini pozurlar.

Bundan başqa, yanğına və digər xoşagəlməz hadisələrin də baş verməsinə səbəb olan bu vasitələrin anidən baş verən partlayışı həm də insanların, əsasən də, yaşlı, xəstə və uşaqların psixi durumuna və səhhətinə mənfi təsir göstərir, onlarda qorxu hissi yaradır.

Bunları nəzərə alaraq, bir daha vətəndaşlarımızdan, xüsusən gənclərimizdən xahiş edirik ki, bayram günlərində insanların yüksək əhval-ruhiyyəsini, dincliyini pozan, sağlamlığa zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan belə hərəkətlərdən çəkinsinlər. Vətəndaşlarımızın bayram sevincini, ovqatlarını bu kimi xoşagəlməz hərəkətlərlə pozmasınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TÜRKİYƏ NÜVƏ DÖVLƏTİ OLA BİLƏRMİ? –

Sonrakı məqalə

“Bu il Qarabağ münaqişəsinin həlli üçün “itirilmiş imkanlar ili” oldu” –