DÇ-2022: Seçmə mərhələnin səbətləri bəlli olub

19 Noyabr 2020 - 09:42

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətlərinin ilkin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dekabrın 7-dəki püşkatmada komandalar 6 səbətə bölünəcək.

Bunların beşində 10, birində 5 yığma yer alacaq. Bu səbətlər noyabrın 26-da açıqlanacaq FİFA reytinqinə əsasən bəlli rəsmiləşəcək. Lakin artıq indidən reytinqlə bağlı təxminlərə əsasən səbətlər məlumdur.

Azərbaycan yığması 5-ci səbətdədir. Püşk komandaları beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.