“Debat qərarı Trampın davranışından asılıdır” –Bayden

ABŞ Prezidenti Co Bayden qarşıdan gələn noyabr seçkilərində ən çox ehtimal olunan rəqibi Donald Trampın davranışından asılı olaraq onunla teledebatlarda iştirak edib-etməmək barədə qərar vermək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərə bildirib.

“Bu, onun davranışından asılıdır”, – deyə Bayden vurğulayıb.

Qeyd edək ki, bu günlərdə ABŞ-ın keçmiş prezidenti Tramp hazırkı Amerika lideri Co Baydeni debata dəvət edib.

ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. Hazırda Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur. Prezidentliyə namizədlərin seçkiqabağı teledebatlarının payızda başlaması planlaşdırılır. Birinci tur sentyabrın 16-da Texasda, ikinci tur oktyabrın 1-də Virciniyada, üçüncü və sonuncu tur isə oktyabrın 9-da Yuta ştatında keçiriləcək. Bundan əlavə, sentyabrın 25-də Pensilvaniya ştatında ölkənin mümkün vitse-prezidentləri arasında debatlar təşkil ediləcək.

Əvvəlki məqalə

Misirdə Sfinksi naməlum sivilizasiyanın nümayəndələri tikib

Sonrakı məqalə

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb