Azərbaycanlı “qanuni oğru” “Rufo Gəncinski” azadlığa çıxdı –

-FOTO
07 Sentyabr 2021 - 10:33

Azərbaycanlı qanuni oğru Ülfət Tağıyev (“Rufo Gəncinski”) azadlığa çıxıb.

“Rufo Gəncinski” dünən Rusiyada 8 illik həbsdən sonra azadlığa buraxılıb.

Qeyd edək ki, Ü.Tağıyev 2013-cü ildə Rusiyaya qanunsuz daxil olduqdan sonra saxlanılıb və kriminal aləm üzvü olmaqda ittiham edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları onu Moskvada saxlayıblar. O, paytaxta Türkiyə vətəndaşının pasportu ilə, saxta sənədlərlə gəlib. Əməliyyatçıların məlumatına əsasən o, nüfuzlu qanuni oğru Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxın əhatəsinə daxil idi və o, eləcə də digər qanuni oğrular tərəfindən 2012-ci ildə Dubayda qanuni oğru adı almışdı. Onların hamısı “Ded Xasan”ın başçılıq etdiyi qanuni oğrular qruplaşmasına qarşı olan mafiya klanının üzvləri idilər. Ded Xasanın qatili olmasına dair əsas versiyanın da səbəbi məhz bu olub.