Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Dedim ki, bir neçə günə Azərbaycan cəbhəni mühasirəyə alacaq və hər şey bitəcək” –

User 05 Oktyabr 2023 - 19:53 (Last updated: 21 May 2025 - 20:15)
KMO_184661_00002_1_t218_183734

Prezident Putin “Valday” Klubunda çıxışı zamanı Qarabağla bağlı danışıb.

Azpost.info bildirir ki, Putin münaqişənin “onilliklər boyu” davam etdiyini bildirib: “Bütün bunlar on illiklər boyu davam etdi. Deməliyəm ki, burada heç bir sirr açmıram. Biz dəfələrlə, son 15 il ərzində erməni dostlarımıza təklif etmişdik ki, güzəştə getsinlər. Hansı güzəştə: Azərbaycana Qarabağ ətrafındakı beş rayonu qaytarsınlar, iki rayonu özlərinə saxlasınlar və bu şəkildə Ermənistanla Qarabağ arasında ərazi təmasını saxlasınlar. Lakin bizim qarabağlı (erməni-red.) dostlarımız hər dəfə bizə deyirdilər ki, yox, bu bizim üçün müəyyən təhdidlər yaradır. Biz isə deyirdik ki, qulaq asın, Azərbaycan böyüyür, iqtisadiyyat inkişaf edir, bu, neft-qaz çıxaran ölkədir. Əhalisi 10 milyondan çoxdur. Gəlin potensiallarınızı müqayisə edək. Nə qədər imkan var, gəlin güzəşt yolunu tapaq. Biz öz tərəfimizdən əmin idik ki, BMT TŞ çərçivəsində müvafiq həlli tapacağıq. Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət veririk. Bu ərazilərdə yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət veririk.

Bizə dedilər ki, yox, biz buna gedə bilmərik. Bəs onda nə edəcəksiniz? “Mübarizə aparacağıq”, deyə cavab verdilər. Yekunda məsələ 2020-ci il silahlı toqquşmasına gətirib çıxardı. O zaman da mən dostlarımıza və həmkarlarımıza təklif etdim. Yəqin ki Prezident Əliyev məndən inciməz. Müəyyən məqamda razılıq əldə olundu ki, Azərbaycan qoşunları dayansın. Mən düzünü deyim ki, o zaman məsələnin həll olunduğunu düşündüm. İrəvana zəng elədim. Lakin Ermənistan tələb etdi ki, Azərbaycan Qarabağın tutduğu müəyyən ərazilərindən geri çəkilsin. Mən onlara dedim ki, bir neçə gün sonra Azərbaycan Ağdam rayonundakı möhkəmləndirilmiş cəbhəni mühasirəyə alacaq və bununla hər şey bitəcək. Siz başa düşürsüz? Dedilər “Bəli”. “Nə edəcəksiz?” Cavab verdilər ki, “vuruşacağıq”.

 

Nəticədə hər şey alındığı kimi baş verdi. Yekunda biz Şuşadan sonra Azərbaycanla razılaşdıq ki, hərbi əməliyyatlar dayandırılsın. 2020-ci ilin müvafiq bəyanatı imzalandı. Bu bəyanat hərbi əməliyyatların dayandırılması və bizim sülhməramlılarımızın yeridilməsi haqqında idi”, – deyə Putin qeyd edib.

Post navigation

Previous: Putin Vardanyanın həbsindən danışıb
Next: “Qarabağ getdi, biz nə edə bilərik?” –

Oxşar xəbərlər

ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25

xƏBƏR

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində pilot yaşıllıq zonasının yaradılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Ekologiya və Təbii...
Read more about Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

User 23 Oktyabr 2026 - 12:58
2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.