Azərbaycan və Ermənistan gələn ay sülh sazişinin müzakirəsinə qayıdacaqlar.
Azpost.info xəbər verir ki, bu barədə TASS-a Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, noyabrın sonuna kimi Azərbaycan üçün gündəliyin əsas mövzusu COP29 olacaq.
“Dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”, – Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, sənədin mətnində bəzi suallar var, ona görə də ekspertlər səviyyəsində danışıqlar davam edir.
Prezidentin köməkçisi əlavə edib ki, Ermənistan tərəfi Bakının sülh sazişinin mətni ilə bağlı təkliflərinə vaxtında cavab verməyib.
Azpost.info