İrəvan və Bakı bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyasının hansı ilin xəritəsi əsasında aparılmalı olduğunu hələ razılaşdırmayıb.
“Sputnik Armenia”nın məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan brifinqdə bildirib.
O, həmçinin Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı institutu, Bakı-Xankəndi dialoqu haqda razılaşmanın olmadığını əlavə edib.
“Tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir”, – o əlavə edib.
Azpost.info