ABŞ prezidenti Co Bayden bütün dünyada demokratiyanı gücləndirmək üçün Vaşinqtonun 690 milyon dollar ayıracağını bəyan edib.
Azpost.info xəbər verir ki, Bayden bunu ABŞ-ın təşkilatçılığı ilə keçirilən ikinci beynəlxalq “Demokratiya sammitində” deyib.
Bu vəsaitlər effektiv və şəffaf idarəçilik, mətbuat azadlığı, korrupsiya ilə mübarizə, azad seçkilər və demokratiyanı təşviq edən texnologiyalara yönəldilməlidir.
Videokonfrans formatında keçirilən toplantının iştirakçılarına müraciət edən Bayden demokratiyanın gücləndirilməsinin dövrün ən mühüm çağırışı olduğunu bildirib. Eyni zamanda o, Rusiyanın Ukraynaya qarşı müharibəsinə və ABŞ-ın Çinlə münasibətlərindəki gərginliyə baxmayaraq, ötən il ərzində ümidverici irəliləyiş olduğunu qeyd edib.
“Bu gün qürurla deyə bilərik ki, dünya demokratiyaları güclənir, avtokratiyalar isə zəifləyir. Bu, hamımızın əməyinin nəticəsidir”, – Bayden deyib.
Azpost.info