Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Bədnam deputat Zatulin “Putin Ukraynada məqsədinə çatmadı” dedi –

User 05 İyun 2023 - 11:56 (Last updated: 21 May 2025 - 20:15)
Konstantin_Zatulin_M2017-05-2

Rusiya Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin Rusiyanın Ukraynada xüsusi əməliyyatın məqsədlərindən heç birinə nail ola bilmədiyini dedikdən sonra tutduğu vəzifədən məhrum edilə və “Vahid Rusiya”dan xaric oluna bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” partiyadakı iki mənbəyə və prezident administrasiyasına yaxın həmsöhbətə istinadən yazır.

Bu məsələ ilə bağlı artıq “Vahid Rusiya”da məsləhətləşmələr aparılır və məsələyə fraksiya yetkilsi Vyaçeslav Makarov cavabdehdir. Makarov qeyd edib ki, Zatulinə qarşı hansı tədbirlərin görüləcəyini söyləmək hələ tezdir.

“Vahid Rusiya” fraksiyasındakı mənbə deyib ki, Zatulinə qarşı çoxlu şikayətlər yığılıb. Məsələn, o, 2021-ci ildə Rusiya prezidenti Vladimir Putinin təqdim etdiyi vətəndaşlıq haqqında qanun layihəsinə qarşı çıxıb.

Lakin başqa mənbəyə görə, Zatulinin çıxışı ilə bağlı bütün məsləhətləşmələr xəbərdarlıqla məhdudlaşa bilər: “Fraksiya rəhbərliyi Zatulinə xəbərdarlıq edəcək ki, gələcəkdə daha ehtiyatlı danışsın”.

“Bizə hansı Ukrayna lazımdır?” adlı 1 iyun forumunda Zatulin Putinin genişmiqyaslı əməliyyata başlamazdan əvvəl qarşıya qoyduğu bütün məqsədlərin iflasa uğradığını bəyan edib.

“Hərbi əməliyyatın əvvəlində rəsmi olaraq bəyan edilmiş məqsədlərimiz nə idi? Hamınız xatırlayırsınız: denazifikasiya, demilitarizasiya, Ukraynanın neytrallığı və bütün bu müddət ərzində əziyyət çəkən Donetsk və Luqansk sakinlərinin müdafiəsi. Bu bəndlərdən hansı üzrə bu günə kimi nəticələr əldə etmişik? Heç biri üzrə”, – Zatulin bildirib.

Onun sözlərinə görə, bir çox məqsədlər bütün mənasını itirib. “Məsələn, Ukraynanın neytrallığı. Bu tələbin mənası nədir? Hazırda heç nə. Mövcud qalsa, neytral olmayacaq”, – deyə deputat qeyd edib.

O, həmçinin bildirib ki, Rusiya Qərbdən dəstək alan Ukraynanı ələ keçirə bilməyəcək.

Zatulin özü “Vedomosti”yə deyib ki, onun ifadəsi ilə bağlı heç kim onunla əlaqə saxlamayıb. “Mən niyə komitədəki yerimi itirməli və ya fraksiyadan xaric olunmalıyam? Fraksiya rəhbərliyi mənə heç nə deməyib”.

Eyni zamanda, Zatulin Telegram kanalında onun sözlərini kontekstdən çıxaranları ittiham edib: “Mən dedim ki, hazırda xüsusi hərbi əməliyyat məqsədlərinə nail olunmayıb. Nə üçün dedim? Dedim ki, ardından da bu məqsədlərə çatmaq üçün nə etmək lazım olduğunu söyləyim”.

Azpost.info

Post navigation

Previous: 54 yaşlı məşhur rus müğənnisi özündən 19 yaş kiçik kişi ilə evləndi –
Next: Mərkəzi Bankının valyuta ehtiyatları 9,2 milyard ABŞ dollarına çatıb

Oxşar xəbərlər

piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46

xƏBƏR

piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
PayPal və Palantir şirkətlərinin həmtəsisçisi, milyarder investor və Respublikaçılar Partiyasının tərəfdarı Piter Til ABŞ Prezidenti Donald Trampın...
Read more about “İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə virus huceyre
  • Maraqlı

Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə

User 23 Oktyabr 2026 - 13:28
Sumqayıtda ağacəkmə aksiyası keçirilib aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.