Deputatların koronavirus testinin nəticələri açıqlandı

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri açıqlanıb.

“Report” xəbər verir ki, testin nəticələri ilə bağlı deputatların və Milli Məclis Aparatının əməkdaşlarının mobil telefonlarına müvafiq bildiriş gəlib.

Məlumatı “Report”a deputat Tahir Kərimli də təsdiqləyib. O bildirib ki, özünün koronavirus testinin nəticəsi neqativ çıxıb.

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri ilə bağlı parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən geniş məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiya dövründə humanist missiya-

Sonrakı məqalə

Ermənistan Hərbi Polisinin rəisi oğlunu ordudan yayındırıb