Pandemiya dövründə humanist missiya-FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Azərbaycanda daimi yaşayan əfqan qaçqınlarına “koronavirus pandemiyası şəraitində” yardım layihəsi üzrə növbəti dəfə əfqanlara yardım paylanıb.

Əsasən ərzaq məhsullarından və tibbi ləvazimatlardan ibarət olan yardımlar heç bir gəliri və maddi dəstəyi olmayan əfqan ailələrinə paylanılıb. 25 ailəni əhatə edən bu dəfəki yardım kampaniyası əsasən şəhərin Yeni Yasamal yaşayış massivində yerləşən qaçqınnlara verilib.

Layihənin eksperti, uzun illər qaçqınlarla işləyən Leyli Quliyeva belə yardımların verilməsini yüksək qiymətləndirib, ölkəmizin müsbət humanitar imicinin yaranması üçün vacib hesab edib. Onun sözlərinə görə BMT QAK-ın Bakı ofisi, Dövlət Miqrasiya Xidməti, Əfqan səfirliyi və əfqan icmasının üzvləri bu prosesi izləyir, digər ölkələrə nümunə kimi göstərirlər.

L.Quliyevanın sözlərinə görə QHT Şurasının vəsaiti ilə belə yardımlar pandemiya dövründə yenə də göstəriləcək.

Əfqanlar bu humanist addıma görə Azərbaycan dövlətinə, QHT Şurasına, təşkilatın üzvlərinə minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Meksikada koronaviruslu üçəm doğulub

Sonrakı məqalə

Deputatların koronavirus testinin nəticələri açıqlandı