Deputatsız qalmış seçki dairələrinin nə qədər seçicisi var? –RƏQƏMLƏR

Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin sayını yenilədikdən sonra parlamentdə təmsilçisi olmayan dairələr üzrə də dəyişikliklər var – ümumilikdə 383 min 745 seçici deputatsızdır.

Mayın 27-nə aid son hesabata görə, seçicilər siyahısına 6 milyon 401 min 955 nəfər daxil edilib.

2020-ci il fevralın 9-da seçilmiş 125 nəfərlik Azərbaycan parlamentində 7 yer boşdur. 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə səsvermənin nəticələri MSK-nın 13 fevral 2020-ci il qərarları ilə ləğv olunub, təkrar seçki keçirilməyib.

116 saylı Qəbələ dairəsi 2020-ci il avqustun 4-dən, 55 saylı Xaçmaz şəhər dairəsi 2022-ci il fevralın 28-dən, 50 saylı Abşeron-Qobustan dairəsi 2022-ci il martın 17-dən deputatsızdır, əlavə seçki olmayıb.

Novator.az bildirir ki, yenilənmiş siyahıya görə, 33 saylı Xətai dairəsinin 52 min 194 nəfər, 35 saylı Xətai dairəsinin 41 min 552 nəfər, 50 saylı Abşeron-Qobustan dairəsinin 85 min 961 nəfər, 55 saylı Xaçmaz şəhər dairəsinin 63 min 340 nəfər, 74 saylı Lənkəran kənd dairəsinin 40 min 993 nəfər, 80 saylı İmişli-Beyləqan dairəsinin 50 min 773 nəfər, 116 saylı Qəbələ dairəsinin 48 min 932 nəfər, seçicisi var.

Əvvəlki məqalə

İki nəfərlik “Son zəng” –

Sonrakı məqalə

“Minsk qrupu fəaliyyət göstərməyəcək, artıq onların pensiya vaxtıdır” –