“Desant qüvvələri İranda quru əməliyyatına başlamağa hazırdır”-ABŞ ordusunun Baş Qərargah rəisi

“ABŞ-ın desant qüvvələri istənilən vaxt quru əməliyyatlarına başlamağa hazır vəziyyətdədir“.

Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu hərbi bölmələr əmr veriləcəyi təqdirdə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən döyüş zonasına eniş edərək strateji əraziləri ələ keçirmək qabiliyyətinə malikdir.

“Bu desantçılar daim hazır vəziyyətdədirlər ki, əmr veriləcəyi təqdirdə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən yerüstü döyüş zonasına eniş etsinlər və mühüm əraziləri ələ keçirsinlər. Onlar bunu İkinci Dünya müharibəsi zamanı Siciliya və Normandiya əməliyyatlarında sələflərinin etdiyi kimi həyata keçirə bilərlər”, – general vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.