“Dialoq regionda gərginliyi azaldacaq”- Borrel Kosovonun son qərarını alqışladı

“Avropa İttifaqının vasitəçiliyi ilə Belqrad və Priştina arasında dialoq regionda gərginliyin azaldılmasına kömək edəcək”.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Borrel Kosovonun Serbiya sənədlərinə qoyulan qadağanı təxirə salmaq qərarını alqışlayıb: “Biz Kosovonun proseduru təxirə salmaq qərarını alqışlayırıq və bütün maneələrin dərhal aradan qaldırılmasını gözləyirik”.

Onun fikrincə, açıq suallar dialoq çərçivəsində həll edilməli və münasibətlərin normallaşmasına yönəlməlidir.

Qeyd edək ki, Kosovo Serbiyada verilmiş sənədlərin qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salıb.

İyulun 31-də Kosovonun şimalında yaşayan serblər üçün Serbiyada verilən şəxsi sənədlər və dövlət nömrə nişanlarına qadağa qoyması fonunda bölgədə gərginlik artıb. Dünən axşam Kosovada atışma və partlayış səsləri eşidilib.

Azpost.info

 

Əvvəlki məqalə

Cəlilabadın həbsdə olan sabiq icra başçısı bəraət istəyir

Sonrakı məqalə

Gənc oğlan Bakıda Xəzərə köpək balığı buraxdı, izləyicilər heyrətləndi –