“Diktator özünsən!” –

Çavuşoğludan İtaliyanın Baş nazirinə sərt cavab
09 Aprel 2021 - 01:16

“İtaliyanın Baş naziri Mario Draghinin qəbuledilməz populist ifadələrini və seçilmiş Prezidentimiz haqqında çirkin və əsassız açıqlamalarını qətiyyətlə qınayırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində paylaşıb.

Nazir İtaliyanın Baş naziri Mario Draghinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi “diktator” ifadəsinin onun özünə aid olduğunu bildirib.