Dilçilik İnstitutu:"Yeni orfoqrafiya lüğətində 97 min söz saxlanılıb"

“Hazırda yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” “Elm” nəşriyyatındadır”.

Bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb: “Güman edirəm ki, lüğət ilin sonuna qədər çapdan çıxacaq. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 mindir. Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub”. (Report)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ yeni qaydada tənzimlənəcək

Sonrakı məqalə

Milli Məclisin sədri yeni Ombudsmanla bağlı qərar imzalayıb