DİM Bakı Musiqi Akademiyasına qəbulla bağlı müraciət edib

Dövlət İmtahan Mərkəzi Bakı Musiqi Akademiyasının truba və saksafon alətləri üzrə İnstrumental ifaçılıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müraciətinə əsasən, 2024–2025-ci tədris ili üçün Akademiyanın truba və saksafon alətləri üzrə instrumental ifaçılıq ixtisasına qəbulda 11 illik musiqi təhsili haqqında şəhadətnamə və ya kollec (orta ixtisas) musiqi təhsili tələbi müəyyən edilib. Bu tələbin şərtlərini nəzərə alaraq abituriyentlər qabiliyyət imtahanında ixtisasla yanaşı, harmoniya və solfecio, musiqi ədəbiyyatı imtahanlarını da verəcəklər.

Aşağıdakı cədvəldə bütün ixtisaslar üzrə imtahan fənləri göstərilib:

Komissiya İxtisaslar Nəzəriyyə imtahanları
kodu adı
18 Orksert alətləri (BMA) İnstrumental ifaçılıq: (simli: violin;

nəfəs: fleyta, klarnet, saksofon, truba)

Harmoniya və solfecio,

Musiqi ədəbiyyatı

19 Orkestr alətləri (BMA) İnstrumental ifaçılıq: (simli: violonçel, kontrabas, arfa, viola)

(nəfəs: trombon, qoboy, faqot, tuba, valtorna, zərb alətləri)

Musiqi nəzəriyyəsi və solfecio
20 Fortepiano, orqan, klavesin (BMA) İnstrumental ifaçılıq: fortepiano, orqan, klavesin Harmoniya və solfecio,

Musiqi ədəbiyyatı

22 Xalq çalğı alətləri (AMK) İnstrumental ifaçılıq: tar, kamança, qanun Harmoniya və solfecio
23 Xalq çalğı alətləri İnstrumental ifaçılıq (alətlər üzrə) Musiqi nəzəriyyəsi və solfecio
24 Akademik vokal Vokal sənəti (sahələr üzrə) Musiqi nəzəriyyəsi və solfecio, Musiqi ədəbiyyatı
25 Xanəndəlik Vokal sənəti (sahələr üzrə) Musiqi nəzəriyyəsi və solfecio
26 Populyar musiqi və caz ifaçılığı Populyar musiqi və caz ifaçılığı (vokal) Musiqi nəzəriyyəsi və solfecio
27 Dirijorluq Dirijorluq (sahələr üzrə) Harmoniya və solfecio,

Musiqi ədəbiyyatı

28 Milli vokal Vokal sənəti (sahələr üzrə) Musiqi nəzəriyyəsi və solfecio
29 Bəstəkarlıq Bəstəkarlıq Harmoniya və solfecio,

Musiqi ədəbiyyatı

30 Musiqişü­naslıq Musiqişünaslıq Harmoniya və solfecio,

Musiqi ədəbiyyatı,

Harmoniya şifahi

31 İnstrumental ifa İnstrumental ifaçılıq:

fortepiano, orkestr alətləri (simli: violin, viola, gitara, nəfəs: klarnet, saksofon, zərb alətləri)

Musiqi nəzəriyyəsi və solfecio
32 Musiqi müəllimliyi Musiqi müəllimliyi (alətlər üzrə) Musiqi nəzəriyyəsi və solfecio
36 Populyar musiqi və caz ifaçılığı Populyar musiqi və caz ifaçılığı

(alətlər üzrə)

Musiqi nəzəriyyəsi və solfecio
71 Fortepiano (NDU) İnstrumental ifaçılıq: fortepiano Musiqi nəzəriyyəsi və solfecio
72 Orkestr alətləri (NDU) İnstrumental ifaçılıq: orkestr alətləri Musiqi nəzəriyyəsi və solfecio
73 Musiqişü­naslıq (NDU) Musiqişünaslıq Harmoniya və solfecio,

Musiqi ədəbiyyatı

74 Xalq çalğı alətləri (NDU) İnstrumental ifaçılıq (alətlər üzrə) Musiqi nəzəriyyəsi və solfecio
75 Dirijorluq (NDU) Dirijorluq (sahələr üzrə)

 

Harmoniya və solfecio,

Musiqi ədəbiyyatı

95 Xanəndəlik (NDU) Vokal sənəti (sahələr üzrə) Musiqi nəzəriyyəsi və solfecio
96 Milli vokal (NDU) Vokal sənəti (sahələr üzrə) Musiqi nəzəriyyəsi və solfecio
Əvvəlki məqalə

Ukraynada deputatların hərbi təlimlərə göndərilməsi təklif edilir

Sonrakı məqalə

Prezident seçkilərində 3 təşkilat “exit-poll” keçirəcək