DİN:COVID-19 pasportu olmadığına görə ötən gün altı nəfər toy şənliklərinə buraxılmayıb

Yanvarın 26-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçiriblər.

Monitorinq 83 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə üç nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. Bir şadlıq sarayının sahibi barəsində toplanmış material məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə altı nəfər şənliyə buraxılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Atmosfer havasının keyfiyyəti yaxşılaşıb

Sonrakı məqalə

Qazaxıstanın “Nur Otan” partiyasının sabah yeni sədri seçiləcək