DİN-dən Tamilla Qulaminin qızı və qardaşı oğlunun axtarışı ilə bağlı açıqlama

01 Sentyabr 2021 - 21:10

Daxili İşlər Nazirliyi “Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu yoxa çıxması ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulaminin yoxa çıxması barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bolməsinə məlumat daxil olub. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.