Daxili İşlər Nazirliyi Göygöldə 5 nəfərin ölməsi ilə nəticələn yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 27-də saat 23 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Bayram İbrahimzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini Ş.Bədəlovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinə vurub. Nəticədə B.İbrahimzadə və sərnişinləri - Zamiq Mahmudov, Qüdrət Atakişiyev, Tural İbrahimov və Oruc Hüseynov hadisə yerində ölüblər. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.