Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinə yeni rəis müavini və bölmə rəisi təyin edilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrləri ilə Zeyni Hüseynov idarə rəisinin müavini, Nurlan Əliyev bölmə rəisi vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, idarə rəisinin müavini, polis polkovniki İlham Babayev daxili işlər orqanlarında xidmət keçmənin son həddi ilə əlaqədar təqaüdə göndərilib.