DİN Kürdəmirdəki dəhşətli qəza bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən “Report”a mayın 4-ü saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi “Nissan” və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Kərimovun sərnişinləri – bacıları Mehbarə, Aygün, oğlu Qorxmaz və qohumu Aylin hadisə yerində ölüb, özü və digər sərnişinləri R.Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri – arvadı Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilib, A.Hətəmova və Sabir orada ölüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nəsimi bazarı” müvəqqəti bağlana bilər

Sonrakı məqalə

Milli Məclis bu hakimlərinin vəzifədən azad olunması barədə qərar verdi –