DİN Mehman Hüseynovun saxlanılmasına aydınlıq gətirib

15 Mart 2021 - 10:20

Bloger Mehman Hüseynovun ötən gün polis əməkdaşları tərəfindən saxlanılmasına aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Mehman Hüseynovun istifadəsi üçün xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub.

“Həmin məlumatın yoxlanılması məqsədilə bloqer ötən gün  saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Hüseynovun həmin aparatla hardasa çəkiliş etməsi barədə isə hazırda hər hansı məlumat yoxdur”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, M. Hüseynov sərbəst buraxılıb.