DİN uşaqlarda internet asılılığı ilə bağlı valideynlərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.

Qurumun Mətbuat Xidmətindən verilən məlumatda uşaqların internet asılılığından xilas olması üçün müvafiq tövsiyələr verilib. Onlar aşağıdakı kimidir:

– övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək  üçün telefondan, planşetdən istifadə etməyin;

– övladlarınızın suallarını cavabsız qoymayın, “işim var, məşğulam, sonra…” deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual “dost”lar axtaracaq;

– günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;

– övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;

– övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;

– övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbçilərin pensiyası ilə bağlı məsələ həllini tapıb

Sonrakı məqalə

İlqar Məmmədov PA-nın şöbə müdiri Ədalət Vəliyevlə görüşüb-