İlqar Məmmədov PA-nın şöbə müdiri Ədalət Vəliyevlə görüşüb-Təkrar parlament seçkiləri müzakirə olunub

REAL partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Azpost.info bildirir ki, bu barədə İlqar Məmmədov məlumat verib.

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşümdə siyasi dialoqun indiyə qədər verdiyi müsbət nəticələri bir daha qeyd etdik. Prosesin bundan sonrakı strategiyasına dair geniş söhbət apardıq, əməkdaşlığımızın gələcəkdəki mümkün formalarına və istiqamətlərinə ilkin baxışlarımızı bölüşdük”.

İ.Məmmədovun sözlərinə görə, görüşdə ölkə gündəmində olan bir sıra məsələlərə də toxunulub. Media haqqında qəbul olunmuş yeni qanun, QHT qanunvericiliyə əlavə və dəyişikliklər haqqında REAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, siyasi partiyalar haqqında yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələləri müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN uşaqlarda internet asılılığı ilə bağlı valideynlərə xəbərdarlıq edib

Sonrakı məqalə

“Yaxın 8 həftədə əhalinin 50 faizi Omicrona yoluxacaq” –