Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Əli oğlu Süleymanov vəfat edib.
Azpost.info bildirir ki, o, dünən gecə dünyasını dəyişib.
A.Süleymanov 22 sentyabr 1955-ci ildə Zəngilan rayonunda anadan olub. Azərbaycan Dövlət Universiteti, tarix fakültəsini bitirib, Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alıb.
1983-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant, kabinet müdiri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, baş müəllim, Universitet Elmi Şurasının üzvü, 1997-2000-ci illər Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutu “Humanitar fənlər” kafedrasında baş müəllim, 2000-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan tarixi “ kafedrasında baş müəllim işləyib.
2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri olub.
2015 iyulundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri idi.
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 31iyul 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Səmimi insan, gözəl ailə başçısı, bacarıqlı dövlət qulluqçusu Alim Süleymanoxun xatirəsi onu tanıyanları qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!