Diplomatlar Şuşada Aşağı Gövhər Ağa məscidində olublar

09 İyul 2021 - 17:16

Azərbaycandakı diplomatik korpusun nümayəndələri bu gün Şuşa şəhərinə səfər çərçivəsində Aşağı Gövhər Ağa məscidində olublar.

Diplomatlara məscid barədə ətraflı məlumat verilib, dini abidənin işğal zamanı erməni vandallığına məruz qaldığı bildirilib.

Qeyd olunub ki, ermənilər məscidə, məscidin minarələrinə ciddi ziyan vurub.

Qonaqlar məsciddə erməni vandallığının izlərinin şahidi olublar.