Dolların bu günə olan rəsmi məzənnəsi

11 Avqust 2021 - 09:57

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2021-ci ilin avqustun 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 Rusiya rublu 0,0230 manata, 1 avro 1,9923 manata enib, 1 türk lirəsinin məzənnəsi 0,1974 manata yüksəlib. 1 Gürcüstan larisinin məzənnəsi 0,5484 manatadək artıb, 1 Britaniya funtu isə 2,3510 manata enib.