Dolların bu günə olan rəsmi məzənnəsi

17 Avqust 2021 - 09:32

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2021-ci ilin avqustun 17-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 Rusiya rublu 0,0232 manata səviyyəsində qalıb, 1 avro 2,0006 manata enib,1 türk lirəsinin məzənnəsi 0,2008 manata yüksəlib. 1 Gürcüstan larisinin məzənnəsi 0,5473 manata yüksəlib, 1 Britaniya funtu isə 2,3491 manata enib.