Donald Tramp və xanımı Ağ Evi tərk ediblər

20 Yanvar 2021 - 18:18

Donald Tramp və xanımı Melania Tramp Ağ Evi tərk ediblər.

“RİA Novosti”nin məlumatına görə, onlar təyyarə ilə Florida ştatına gediblər.

Qeyd edək ki, D. Tramp ötən ilin noyabr ayında keçirilmiş prezident seçkilərində demokrat Co Baydenə məğlub olub. Baydenin andiçmə mərasimi bu gün keçiriləcək.

Tramp inauqurasiya mərasimində iştirak etməyəcək.