Donbas probleminin həlli üçün “Zelinski formulu” –Nazirin açıqldığı planda nələr var?

 Ukrayna xarici işlər naziri Vadim Pristayko “ICTV” telekanalında yayımlanan “Söz azadlığı” proqramında Donbas müharibəsinin həlli üzrə “Zelenski formulu”nun mövcud olduğunu deyib.

“Qondarma Donetsk və Luqansk respublikalarının ərazisində müharibəni dayandırmaqla bağlı Kiyevin “Pristayko” və ya “Zelenski” formulu varmı?” sualına cavabında nazir bildirib ki, “Pristayko formulu” olmasa da, şərti “Zelenski formulu” var.

Nazirin sözlərinə görə, həmin formul belə səslənir: “Biz ilk növbədə xalqımızın gözləntilərinə cavab verərək ata biləcəyimiz bütün addımları atacağıq”. “Məsələn, bütün oğlanlarımızı, qızlarımızı geri qaytarmağa çalışacağıq. Bu, birinci məsələ.  Mənəvi yolla, mesajlar və işarələr vasitəsilə o biri tərəfdə qalan xalqımıza əlimizi uzatmağa çalışacağıq”, – deyə nazir bildirib. Pristayko nümunə olaraq pensiyalarla bağlı vəziyyəti qeyd edib. Onun sözlərinə görə, hökumət elə etməyə çalışacaq ki, Donbasda yaşayan vətəndaşların hər iki aydan bir pensiya almaq üçün yenidən qeydiyyatdan keçməsinə ehtiyac qalmasın: “Bunun üçün həmin insanın ildə bir dəfə gəlməsi bəs edəcək”.

Xarici işlər naziri bildirib ki, əgər yaxın gələcəkdə Donbas problemini həll etmək mümkün olmasa, şərti “Zelenski formulu” müəyyən “yeni radikal tədbirlərə” keçidi nəzərdə tutur. “Bütün bunlara bizim altı aydan bir ilədək vaxtımız var. Və “Zelesnki formulu” danışıqları davam etdirmək üçün bizim beş ilimiz yoxdur ifadəsi ilə başa çatır. Şərti “Zelenski formulu” budur”, – deyə Pristayko vurğulayıb.

Nazir ötən həftə “normand dördlüyü” ölkələrinin liderləri tərəfindən əldə olunan Minsk razılaşmasında nəzərdə tutulan Donbasa xüsusi statusun verilməsi məsələsinə münasibət bildirib, Kiyevin Donbasın statusu ilə bağlı Konstitusiyaya heç bir dəyişiklik etməyəcəyini bəyan edib. “Konstitusiya islahatı ilə bağlı yolumuzu davam etdiririk və bu dəyişikliklərin əsası uzun illərdir Ukraynada uğurla həyata keçirilən desentralizasiya prosesidir”.

Bu zaman Pristayko Ukrayna hökumətinin Donbasın Kiyevin nəzarətində olmayan hissələrində yaşayan sakinlərin həyatını asanlaşdırmaq üçün tədbirlər paketi hazırladığını bildirib. O həmçinin qeyd edib ki, prezident Vladimir Zelenski Donbasdakı vəziyyəti həll etmək istəyir və bu mərhələdə də Kiyevin “o tərəfdə qalan” insanlara təklifi var.

Zelenskinin özü Donbasda qoşunun yerləşdirilmə prosesini iki mərhələdə davam etdirmək  niyyətindədir: əvvəlcə proses Zolotoe-Petrovsk sahəsində, sonra bütün regionda həyata keçiriləcək. O, həmçinin sülhməramlıların Donbasa yerləşdirilməsinə qarşı çıxıb, onların Rusiya-Ukrayna sərhədinə yerləşdirilməli olduğunu deyib. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Təmkindən Messisayağı qol gözləmirdim ” –

Sonrakı məqalə

Zakir Həsənov Britaniyanın yeni səfiri ilə görüşdü –