Dörd il əvvəl öldüyü deyilən futbolçu sağ imiş –FOTO

Almaniyanın “Şalke” klubunun 2016-cı ildə ölmüş sayılan sabiq futbolçusu Xiannik Kamba əslində sağdır.

“Report”un “Bild”ə istinadən verdiyi məlumata görə, Kambanın 4 il əvvəl Konqoda avtomobil qəzasında dünyasını dəyişdiyinə dair xəbər yalan çıxıb.

33 yaşlı keçmiş müdafiəçi hazırda Rur regionunda ailəsi ilə birgə yaşayır. Prokurorluq futbolçunun keçmiş həyat yoldaşına qarşı işi araşdırır. Onun Kambanın ölümünü saxtalaşdırdıqdan sonra altırəqəmli məbləğdə sığortapulu aldığı bildirilir. Bu qadın sığorta agentliyinə ərinin öldüyünü təsdiqləyən sənədlər təqdim edib. Həmin sənədlərin saxta olduğu ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya və Səudiyyə Ərəbistanı İnsan Haqları Şurasına üzv ola bilməz” –

Sonrakı məqalə

V İslam Həmrəyliyi Oyunları təxirə salınıb