Dövlət Araz Ağalarovla milyardlıq müqavilə bağladı –

Koronavirus xəstəxanası tikəcək
08 May 2020 - 22:32

“Crocus International” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Araz Ağalarov Moskva vilayətindəki “Crocus Expo” sərgi kompleksində COVID-19 xəstələri üçün 1500 çarpayının yerləşdirilməsi ilə bağlı iki dövlət müqaviləsi aldı.

Bu barədə “Naztoyaşaya vremya” “Scanner Project” layihəsinin araşdırmasına istinadən məlumat yayıb.

Hər iki müqavilə 1 nömrəli Krasnogorsk şəhər klinik xəstəxanası ilə bağlanıb. Onların ümumi dəyəri 1.035 milyard rubl təşkil edir. Beləliklə, “Crocus Expo”da xəstəxananın yeri 690 min rubla başa gəlib. Xəstəxana üçün sərgi mərkəzinin binalarının icarəsi 2020-ci ilin iyun ayının sonunadək ödənilib. Müqavilənin özü 2020-ci ilin dekabrına qədər qüvvədədir.

Sövdələşmənin əsası Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun bölgədə yüksək həyəcan təbliği haqqında sərəncamı idi. Bu, “Crocus Expo” binalarının tender və ictimai dinləmələr olmadan yenidən təchiz edilməsi üçün müqavilələri bağlamağa imkan verib.

“Naztoyaşaya vremya” və Scanner Project” layihəsində qeyd olunduğu kimi, müqavilələr Araz Ağalarovun aprelin 21-də RBC-yə “Crocus Group” holdinqinin maddi sıxıntıları barədə şikayət etməsindən az sonra bağlanıb. O bildirib ki, holdinq aylıq əmək haqqına bir milyard rubl xərcləyir (15 min nəfər Crocus Qrupunda işləyir). Ağalarovun sözlərinə görə, qrupun resursları mart ayı üçün maaş verməyə imkan verəcək, ancaq aprel ayı üçün pul olmayacaq.