Dövlət Baxçalı yenidən MHP-nın sədri seçilib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı MHP-nin 14-cü Sıravi Böyük Qurultayında yenidən sədr seçilib.

Ankara İdman Salonunda keçirilən qurultayda partiyanın qeydiyyatdan keçmiş yüksək məclis nümayəndələri 15 qutuda səs veriblər.

Səslərin hesablanması başa çatdıqdan sonra Şura sədri Mövlud Karakaya səsverməyə 1295 nümayəndənin qatıldığını bildirib və Baxçalının bütün nümayəndələrin səsini alaraq yenidən sədr seçildiyini açıqlayıb.

Əvvəlki məqalə

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Sonrakı məqalə

Meşədə şirlərlə oynayan kişi hamını heyrətləndirdi –