Dövlət büdcəsində neftin qiyməti dəyişdirilir –

55 dollardan 35 dollara endirilir
31 İyul 2020 - 19:50

2020-ci il Azərbaycanın dövlət büdcəsində neftin qiymətinə dəyişiklik edilir. 

Azpost.info Modern.az-a istinadən bildirir ki, bununla bağlı məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan neftinin bir barelinin qiyməti 35 dollardan götürülür.

Qeyd edək ki, bundan əvvəl neftin bir barelinin qiyməti 55 dollar müəyyən olunmuşdu. Layihə Milli Məclisin avqustun 4-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.