“Dövlət müdafiə sifarişi və hərbi-sənaye kompleksi müəssisələri üçün kifayət qədər vəsait ayrılır, onlar rasional xərclənməlidir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluğun kollegiya iclasında çıxışı zamanı bildirib.
“Biz vəsaitləri kifayət qədər həcmdə ayırırıq, onlar çoxdur. Biz bunu çox diqqətlə edirik, fəaliyyətimizin digər sahələrinə ziyan vurmuruq. Lakin ayrılan vəsait rasional və ciddi şəkildə xərclənməlidir”, -Putin deyib.
O, həmçinin prokurorları vəsaitlərin dəqiq icrasına və ayrılmasına nəzarət etməyə çağırıb.
Azpost.info