Dövlət Statistika Komitəsinin vəzifələrindən biri ləğv edilib

20 İyul 2020 - 21:27

Dövlət Statistika Komitəsinin vəzifələrindən biri ləğv edilib.

Nazirlər Kabineti bununla bağlı “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Dövlət Statistika Komitəsinin büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etmək vəzifəsi ləğv olunub.

Nazirlər Kabineti  Dövlət Statistika Komitəsinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq belə bir qərar qəbul edib. (APA)