Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Dövlət imtahanı sovet buxovu idi, nə yaxşı ki ləğv edildi” –

User 14 Mart 2023 - 17:58 (Last updated: 21 May 2025 - 20:15)
imtahan dov

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə maraqlı məsələlərə toxunub.

Lakin sosial şəbəkələrdə, eləcə də media və ictimaiyyətdə xüsusi müzakirəyə səbəb olan məsələ – ali məktəblərdə dövlət imtahanının ləğv olunduğunu bildirib.

Mövzu ilə əlaqədar Azpost.info-ya açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qərarla razı olduğunu, dövlət imtahanlarının formal xarakter daşıdığını bildirib:

“Universitetlərdə dövlət imtahanlarının ləğvi ilə bağlı verilən qərar fikrimcə, gecikmiş bir addımdır. Sovet ali təhsil sisteminin son buxovlarından biri də məhz dövlət imtahanları idi. Çağdaş dövrün tələbləri, XXI əsrin unversiteti modelindən baxanda dövlət imtahanları həqiqətən də çox formal görünürdü. Təsəvvür edin, bugünün universiteti tədqiqatyönümlü, elmtutumlu fəaliyyət mexanizmi axtarmaq, universitet-əmək bazarı, universitet-istehdalat dünyasının faydalı inteqrativ yollarını aramaq, tələbələri sırf bu yöndə formalaşdırmaq əvəzinə onlara dövlət imtahanı tələbi qoyur. Meyarlar arasındakı fərqi yəqin ki, təsəvvür edirsiniz…

Bu, həm də universitetin öz nüfuzu, bir ali məktəb olaraq reputasiyası üçün də zərərli addım idi. Ali təhsil ocaqlarımız hazırda dünyanın bir çox reytinq təşkilatlarına düşmək, orada irəliləmək üçün yollar axtarırlar. Hazırda universitetlərin beynəlxalq reytinq cədvəlini müəyyən edən təşkilatların hansı biri dəyərləndirmə meyarlarında “dövlət imtahanı”, yaxud, hansısa imtahanın adını çəkir?! Heç mümkün də deyil! Artıq “dövlət imtahanı” anlayışı bir yanaşma olaraq ali təhsil sistemimizdən uzaqlaşmalıdır. Amma biz onu hələ də vacib bir proses kimi saxlamışıq. Çünki yeni qərara əsasən yalnız 2020-ci ildən bu yana ali məktəblərə daxil olan tələbələr üçün dövlət imtahanı ləğv olunmuş hesab ediləcək”.

E.Nurinin fikrincə, dövlət imtahanı var olduğu bu neçə illər ərzində təhsilin keyfiyyəti və tələbə üçün faydalılıq baxımından heç bir təsir gücünə malik olmayıb:

“Bolonya sisteminə görə, bakalavr pilləsini bitirmək üçün tələbə 240 kredit toplamalıdır. Bunu 4 ildə ona tədris olunan fənlərdən yığır, burada isə dövlət imtahanı nəzərə alınmır. Təsəvvür edin, dövlət imtahanının nüfuz dərəcəsi hər sessiya müddətində oxuduğumuz onlarla fənnin bircəsi qədər etibarlı deyil. Yəni, 4 il ərzində keçdiyimiz xeyli sayda fəndən istənilən biri dövlət imtahanından daha vacibdir.

Amma onun var olması, sonuncu kurs tələbələri üçün əlavə stres mənbəyi rolunu oynayıb. Onsuz da ömrünün  imtahan mərhələsini yaşayan sonuncu kurs tələbəsi üçün bu əlavə gərginlikdən başqa heç nə olmayıb.

Amma arzuolunmaz bir yanaşma da var: təsəvvür edin, universitetdə müəllimlər diplom işinin ləğvinə həm də ona görə sevinirdilər ki, tələbə heç olmasa, buna xatir öz ixtisası ilə bağlı nəsə oxumuş olsun. Bu, sadəcə dəhşətdir. Müəyyən ixtisas üzrə 4 il təhsil alan bir tələbənin oxumaq, mənimsəmək üçün son ümid yeri diplom işidirsə, o zatən tələbə həyatı yaşamayıb. Həmin fərddən sabah heç  bir halda cəmiyyət üçün faydalı kadr formalaşa bilməz. Bu yanaşma bir reallığı da üzə çıxarmış olur: deməli, dövlət imtahanı vasitəsilə biz həm də özümüz -özümüzü aldadırmışıq. Bir sözlə, təəssüfedici məqamlar çoxdur. Amma reallıq da budur ki, nə yaxşı ki, dövlət imtahanı gec də olsa ləğv edildi”.

Azpost.info

 

 

Post navigation

Previous: “Bakı Steel Company” ilə “Oksford” məktəbi arasında əmlak davası
Next: Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.