“Dövlət səviyyəsində yalan tirajlayırlar”- G7 Rusiya ilə bağlı bəyanat qəbul etdi

Yaponiyada keçirilən görüşdən sonra G7 ölkələrinin xarici işlər nazirləri birgə bəyanatla çıxış edərək Rusiyanı Ukraynaya dair dövlət səviyyəsində yalan məlumatlar yaydığına görə tənqid ediblər.

Azpost.info xəbər verir ki, görüş aprelin 16-18-də Karuizava şəhərində Yaponiyanın sədrliyi ilə keçirilib.

“Biz Rusiyanı geniş yayılmış dezinformasiyaya və Ukraynadakı hərəkətlərinə görə dəstək toplamaq üçün məlumat manipulyasiyasına görə şiddətlə qınayırıq”, – G7-nin bəyanatında deyilir.

Azpost.info

Əvvəlki məqalə

Son sutkada koronavirusa 62 yeni yoluxma qeydə alınıb

Sonrakı məqalə

Çin İsraillə Fələstin arasında vasitəçi olmaq istəyir