Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin edilib

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat olub. 

Müvafiq əmrlə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Namidan Piriyev təyin edilib.

Faktı BDYPİ-dən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, N. Piriyev adıçəkilən şöbənin inspektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Siyasi partiyalar Fransa Senatında qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıb

Sonrakı məqalə

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub –