“Dövlətimizin sabitliyi ciddi sınaqdan keçir”- Qazaxıstan XİN rusların axını ilə bağlı çağırış etdi

Qazaxıstan hökuməti əhalini rusların axınından narahat olmamağa çağırıb.

Azpost.info xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi saytında məlumat yayıb.

XİN qismən səfərbərlik elan edildikdən sonra Rusiya vətəndaşlarının Qazaxıstana axını ilə bağlı narahatlığa əsas olmadığını bildirib.

“Hər şeydən üstün olan milli maraqları qorumaq üçün dövlətin kifayət qədər mexanizmləri var. İstənilən çətin geosiyasi vəziyyətdə biz milli təhlükəsizlik prioritetindən çıxış edəcəyik. Ətrafdakı təlatümlər şəraitində dövlətimizin sabitliyi ciddi sınaqdan keçir”, – məlumatda bildirilir.

Xarici İşlər Nazirliyi onu da xatırladıb ki, heç bir ölkənin xarici vətəndaşları Qazaxıstan ərazisində müddətsiz qalmaq hüququna malik deyil və onların hər biri miqrasiya qanunlarına əməl etməlidirlər: “Biz inanırıq ki, vətəndaşlarımız özlərinə xas müdriklik nümayiş etdirəcək və qonaqpərvərlik ənənələrinə sadiq qalacaqlar”.

Azpost.info

Əvvəlki məqalə

ABŞ dövlət katibi Blinkenin atası öldü

Sonrakı məqalə

Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərə dair sübutlar aşkar olunub –