Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dövlət Agentliyi 832 min zəngi cavablandırıb

User 03 Fevral 2026 - 18:42 (Last updated: 03 Fevral 2026 - 18:42)
caqri su

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) 955 Çağrı Mərkəzi vətəndaşların şikayət və müraciətlərinin operativ şəkildə qəbul edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə sutka ərzində fasiləsiz fəaliyyət göstərir.

ADSEA-dan  bildirilib ki, Agentliyin vahid sistemi üzrə fəaliyyət göstərən Çağrı Mərkəzi müraciətləri canlı rejimdə, səsli mesaj və geriyə zəng sifarişi vasitəsilə qəbul edir. Vaxt məhdudiyyəti və ya xətdə gözləmək imkanı olmadıqda vətəndaşlar “səsli mesaj” və ya “geriyə zəng sifarişi” xidmətlərini seçə bilirlər. Gün ərzində həmin vətəndaşlara geriyə zəng edilir. Müraciətlər dinlənilir, sorğu tipli müraciətlər birbaşa cavablandırılır, araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq “Müraciət vərəqəsi” tərtib edilir və aidiyyəti üzrə araşdırmaya göndərilir.

Bundan əlavə, digər platformalar (onlayn çat, sosial şəbəkələr, WhatsApp) vasitəsilə daxil olan sorğu tipli müraciətlər də operativ şəkildə cavablandırılır.

2025-ci ildə 955 Çağrı Mərkəzi tərəfindən 832 min 961 müraciət cavablandırılıb. Cavablandırılan zənglərdən 492 min 993-ü (55 faiz) araşdırmaya ehtiyac olmadan birbaşa cavablandırılıb, 297 min 538 zəng (33 faiz) əsasında iş əmri yaradılıb, 42 min 430 müraciət (5 faiz) isə sorğu xarakterli olub.

İş əmri yaradılan 297 min 538 zəngin 238 min 870-i həllini tapıb (80 faiz), 58 min 668-nə (20 faiz) isə müvafiq izahat verilib.

AzPost.az

Post navigation

Previous: Kökəlmənin əsl səbəbi yağlı qidalardır?
Next: Paşinyan Hindistan Silahlı Qüvvələrinin Qərargah rəisini qəbul edib

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Türkiyənin Ankara şəhərindəki məhkəmə İstanbulun sabiq meri Əkrəm İmamoğlunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında...
Read more about Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.