Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dövlət Agentliyi Hava Limanında taksi xidməti ilə bağlı hərəkətə keçdi

User 24 Sentyabr 2025 - 19:35 (Last updated: 24 Sentyabr 2025 - 19:35)
Taksi

Taksi

Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin həyata keçirilməsinə dair yaranmış vəziyyətlə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə görüşlər keçirilib.

Bu barədə Agentlikdən bildirilib.

Qeyd edilib ki, görüşlər zamanı müzakirə edilmiş məsələlərlə əlaqədar olaraq hazırda rəqabət qanunvericiliyinin tələbləri çərçivəsində taksi xidmətlərinin göstərilməsi zamanı yaranmış vəziyyətin bütün hüquqi və iqtisadi tərəfləri ilə bağlı təhlillər davam etdirilir.

Məsələ ilə bağlı rəqabət orqanının apardığı təhlillər bazar subyektləri davranışlarının rəqabət qanunvericiliyi prizmasından dəyərləndirilməsi və istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınmasına yönəlib.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişindaşımaların həyata keçirilməsi ilə bağlı yeni qaydalar qəbul edilib. Nəticədə hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir. Taksi operatorlarının mobil tətbiqlərində hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb. Bu kateqoriya üzrə qiymətlər isə yüksəkdir. Belə ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir. Qiymətlərin belə olması isə, vətəndaşların ciddi narazılığına səbəb olub.

AzPost.az

Post navigation

Previous: Şair Nəsiminin qohumları Şamaxıda olublar
Next: İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
Azərbaycanda çay sadəcə içki deyil, gündəlik həyatın və qonaqpərvərliyin ayrılmaz hissəsidir. Səhər yeməyindən sonra, işdə fasilə zamanı,...
Read more about Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.