DSMF-in sədri əməkdar artist, 75 yaşlı Suğra Bağırzadə ilə görüşüb –

Bayram təbriki (FOTO)
08 Mart 2021 - 13:27

8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov pensiyaçı, Azərbaycan Respublikasının Əməkdar artisti, rəssam-florist Suğra Bağırzadə ilə görüşüb, onu 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib.

Görüş zamanı Suğra Bağırzadə müəllifi olduğu rəsm əsərlərini nümayiş etdirib. Eyni zamanda o, 75 illik yubileyi ilə bağlı ciddi hazırlıqlar gördüyünü və bu münasibətlə fərdi sərgisini təşkil edəcəyini deyib.
Sonda Suğra Bağırzadə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişova ona göstərilən bu diqqət və qayğıya görə təşəkkürünü bildirib.